"Dinamo"nun qolundan sonra "Fənərbaxça" azarkeşləri "Putin"i səslədilər -

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinndə Türkiyə "Fənərbağça"sı evdə Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, görüş "Fənərbaxça"nın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Bununla da Türkiyə komandası mübarizəni dayandırıb.

Matçda səsləndirilən " Vladimir Putin" şüarları isə gündəmi zəbt edib. Belə ki, 57-ci dəqiqədə Vitali Buyalskinin qolu ilə Kiyev "Dinamo"su 1:0 önə keçib. O, azarkeşlərin önündə sevincini bölüşmək üçün azarkeşlərə yaxınlaşıb, rəqibin qol sevincinə qəzəblənən "Fənərbaxça" tərəfdarları tribunalardan “Vladimir Putin” şüarlarını səsləndiriblər. Hakim isə Vitaliyə sarı vərəqə göstərib.

Bu səbəbdən "Dinamo Kiyev"in baş məşqçisi Mirça Luçesku oyundan sonra mətbuat konfransına qatılmayıb.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR