27 saniyəyə amerikalını nakauta salan Tofiq Musayev nə qədər qonorar alıb? -

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev amerikalı rəqibinə qalib gəldiyi üçün qonorar alıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, T. Musayevin rəqibi məşhur döyüşçü Sidney Autlou olub.

Musayev ilk görüşdəcə Autlounu nakauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə baş tutub.

Qeyd edək ki, Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev buna görə 70 min dollar qonorar alıb.

Xatırladaq ki, azərbaycanlı boksçu dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da debüt edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR