“StudentFest 2022” adlı tələbə düşərgəsi keçiriləcək

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi yay tətilinin son günlərini (20 avqust - 2 sentyabr) daha əyləncəli və maraqlı keçirmək məqsədilə “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasında “StudentFest” adlı silsilə tələbə düşərgələri təşkil edəcək.

Metbuat.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, hər biri 4 gün olmaqla 3 fərqli istiqamətdə keçiriləcək tələbə düşərgələrinin təşkil olunmasında əsas məqsəd tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri, həmçinin peşəkar mentorların təlim və seminarları vasitəsilə gələcək karyera imkanlarının, ixtisas sahələri üzrə zəruri bilik, bacarıq və səriştələrinin artırılmasıdır.

Bundan başqa, isti yay günlərində həm mental, həm də fiziki sağlamlığınızın qeydinə qalmaq məqsədilə festival çərçivəsində müxtəlif idman oyunları, master-klaslar, psixoloji testlər, parkur yarışları və Xəzər dənizinin sahilində musiqi gecələri təşkil ediləcəkdir.

Qeyd olunan 3 istiqamət üzrə təşkil ediləcək düşərgələr:

1) 20-23 avqust tarixlərində təhsilin idarəetməsi və pedaqoji ixtisaslarda orta ixtisas və ali təhsil alan tələbələr üçün;

2) 25-28 avqust tarixlərində bütün ixtisaslar üzrə orta ixtisas və peşə təhsili alan tələbələr üçün;

3) 30 avqust - 2 sentyabr tarixlərində bütün ixtisaslar üzrə ali təhsil alan tələbələr üçün.

Qeyd: Sağlamlıq imkanları məhdud tələbələrin də iştirakı arzuolunandır.

Peşəkar və şəxsi zəmində təkmilləşmək, əylənərək öyrənmək, yeni dostluqlar qazanmaq, eləcə də bizə qoşulan hər kəs üçün faydalı olacaq festivalda iştirak etmək istəyirsənsə, indi qeydiyyatdan keç!

Qeydiyyat linki: https://forms.gle/uiWBH5zfBczypbKU6

Son müraciət tarixi: 10 avqust, 23:59


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR