Birdəfəlik ödəmə hüququ olan şəxs vəfat etdikdə ödəmənin təyin edilmə qaydası -

Adı www.sosial.gov saytında proaktiv ödəmə almaq hüququ olan şəxs kimi çıxan şəxs vəfat edibsə, bu zaman onun vərəsəsi (vərəsələri) notariat kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsini almalıdır.

Metbuat.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Belə ki, bu barədə notariat kontoru tərəfindən Nazirliyin e-sisteminə daxil olduqdan sonra vərəsəyə proaktiv ödəniş həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR