Türkiyə XİN ABŞ-dan açıqlama

Türkiyə ABŞ-ın Nyu-Meksiko ştatının Albukerkə şəhərində bir həftə ərzində 3 müsəlmanın öldürülməsi ilə bağlı açıqlama tələb edir.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, noyabr ayından bəri 4, son 1 həftədə isə 3 müsəlmanın öldürülməsi şübhə doğurur. Rəsmi Ankara hadisəni törədənlərin ən qısa zamanda tapılmasının və ədalət qarşısına çıxarılmasının vacibliyini vurğulayıb.

Türkiyə XİN qətlə yetirilən müsəlmanların yaxınlarına başsağlığı verib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR