Erməni jurnalist Laçına çəkilən yoldan danışdı:

Erməni jurnalist Nairi Hoxikyan Azərbaycanın Laçın ətrafında çəkdiyi yeni yol haqqında fikirlərini paylaşıb.

Metbuat.az xəbər verir ki, Facebook hesabında paylaşım edən Hoxiyan etiraf edib ki, yeni yol olduqca keyfiyyətlidir.

"Laçın dəhlizinin yeni yolu azərbaycanlılar tərəfindən yekunlaşıb. Hələlik bəzi xırda işlər görsələr də, mən şəxsən gedib bu yolun necə keyfiyyətli olduğuna baxmışam. Bircə təəssüf edirəm ki, bizim yol çəkənlər 9 ay ərzində bir yolun 6 km-ni belə çəkə bilmədilər. Halbuki azərbaycanlılar bu müddət ərzində 30 km-i çəkə bildi", - Hoxikyan yazıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR