Əlcəzair Xalq Demokratik xarici işlər və xaricdəki milli icma naziri, Prezidenti Zati-aliləri cənab Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra sabah Azərbaycana gəlir.

Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, o səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüşdən sonra tərəflər birgə brifinq keçirəcək.