Benzema üçün böyük fürsət:

Kərim Benzema "Real" və "Ayntraxt" komandaları arasında oynanılacaq UEFA Superkuboku finalında 1 qol vursa və kuboku qazansa, 3 rekorda imza atacaq.

Metbuat.az NTV spor-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu 1 qol ilə qol sayını 324-ə çatdıracaq. Hazırda isə 451 qolla Kriştiano Ronaldo liderdir.

İndiyə qədər 22 kubok qazanan Benzema Superkubok finalında qalib gələrsə, oyunçu Pako Xentonun rekorduna (23 kubok) şərik çıxacaq və bununla da "Real"ın ən çox kubok qazanan futbolçusu olacaq.

Bundan əlavə, Benzema Helsinkidə qalib gələcəyi təqdirdə kuboku ilk dəfə kapitan olaraq başı üzərinə qaldıracaq.

Qeyd edək ki, "Real" - "Ayntraxt" matçı avqustun 10-u Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR