Böyük gün gəldi:

Həftənin ən əhəmiyyətli xəbəri olan ABŞ inflyasiya hesabatı bu gün açıqlanacaq.

Metbuat.az xəbər verir ki, ABŞ-da əvvəlki iyun ayında 9,1-ə yüksələn inflyasiya üçün bu ay gözləntiləri 8,7 olaraq təyin olunub. Xüsusilə mal qrupunda azalmalara diqqət çəkən ekspertlər xidmət qrupunda da analoji vəziyyətin olmadığını bildirirlər. Təqribən saat 16.30 da açıqlanacaq hesabatı hazırda dünyanın ən qabaqcıl birjaları gözləməkdədir.

Amma FED-in 20-21 sentyabr tarixlərində növbəti faiz artımının 75 baz bəndi artım olacağı gözləntilərini üstələyir.

İnflyasiyanın açıqlanmasına saatlar qalmış bazarlarda da gərginlik artıb. ABŞ dollarının altı əsas qərb valyutası qarşısında vəziyyətini ölçən dollar indeksi 106 330 dollar olub. Keçən həftə kəskin enişdən sonra qızılın unsiyası 1800 dolları keçərək itkilərini kompensasiya edib. Bazar ertəsi günü 24 min dolları keçən bitkoin yenidən 23 min dollardan aşağı olub. Neft qiymətləri isə cüzi enişlə sabit qalıb. Hazırda "Brent" nefti 96 dollara, ABŞ-ın Qərbi Texas tipli (WTI) nefti 90 dollara satılır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR