6 saatlıq mübarizədən sonra xilas edilən balina öldü -

Fransada Sena çayında ilişib qalmış beluqa balina 6 saatlıq xilasetmə əməliyyatlarından sonra Normandiya sahilinə aparılarkən yolda ölüb.

Metbuat.az Fransa mediasına istinadən xəbər verir ki, 4 metrlik balina təxmininən 1 həftə əvvəl Sena çayında görülüb.

Rəsmilər ona dəfələrlə balıq yedirtməyə çalışsalar da, balina heç nə yeməyib. Daha sonra onun dərisində ləkələr görünməyə başlayıb. Lakin, həmin ləkələrin şirin sudan əmələ gəlib-gəlməməsi sual altında idi.

6 saatlıq əməliyyatdan sonra okeanda yaşayan məməli kran və tor vasitəsilə qaldırılıb xüsusi soyuducu sistemi olan yük maşınına yerləşdirildi. 1 həftə ac qaldığı üçün onun həzm sistemi korlanmışdı və tənəffüsündə ciddi problemlər var idi. Buna görə də baytarlar tərəfindən evtanaziya edildi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR