Qadını müdafiə etmək istəyən Vətən müharibəsi qazisi

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə “Kubinka” ərazisində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Niyaməddin Ağayev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub. N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR