Məşhur "Günaydın" restoranlar şəbəkəsinin sahibi Bakıda mükafata layiq görüldü -

Azərbaycanda mükafata layiq görülən Türkiyəli iş adamı Cüneyt Asan kimdir? “King of meat” ləqəbli uğurlu iş adamının uğur hekayəsi nədən ibarətdir?

Cüneyt Asan kiçik yaşlarında Türkiyənin əyalətlərinin birindən İstanbula köçüb. 3-cü sinifdə oxuyarkən qəssablar bazarında ət dükanında şagird kimi işə başlayır. Şagirdlikdən ustalığa keçid dövrünü burda keçirən Cüneyt Asan əsgərlikdən qayıtdıqdan sonra işlədiyi qəssab dükanını alıb iş həyatına qədəm qoyur. 10 yaşına qədər ət yeməyib sonradan ət ustası olan adamın hekayəsi məhz burada başlayır.

Cüneyt Asan həmin dövr üçün artan tələbatı nəzərə alıb restoran sektoruna keçməyə qərar verir.
"Əmək olmadan yemək olmaz" devizi ilə yola çıxan iş adamı bu gün hər biri öz kapitalı ilə qurulmuş 37 filial, 1 mərkəzi logistika və 1 mərkəzi anbarı özündə birləşdirən Türkiyənin böyük restoranlarından biri olan Günaydın Etin sahibidir.

Cüneyt Asan 30 iyun 2022-ci il tarixində Reputation tərəfindən "Millioner Concept Network" tərəfdaşlığı ilə paytaxtımızda baş tutan Golden People Awards mükafatlandırma gecəsində ilin uğurlu iş adamı nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR