Vuçiç: Hərbi əməliyyat keçirməyi planlaşdırmırıq

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo ilə gərginlikdən danışıb.

Metbuat.az xəbər verir ki, o, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra bildirib ki, Serbiya Kosovonun inzibati sərhədini keçməyib və regionda hər hansı hərbi əməliyyat keçirməyi planlaşdırmır. Prezident KİV-lərin bu barədə əsassız proqnozlar yaydığını ifadə edib. Onun sözlərinə görə, Alban mətbuatının serb ordusunun beynəlxalq hüququ pozaraq Kosovonun inzibati sərhəddini keçməsi ilə bağlı xəbərləri doğru deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR