Rusiyada 10 uşaq sahibi olan analara 1 milyon rubl veriləcək

Rusiyada “Qəhrəman ana” mükafatı çərçivəsində 10 uşaq dünyaya gətirən qadına 1 milyon rubl veriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb. Prezident Vladimir Putin bildirib ki, qadınları daha çox uşaq sahibi olmağa təşviq edən “Qəhrəman ana” mükafatı yenidən tətbiq ediləcək. Qaydaya görə, 10 uşaq sahibi olan ananın 10-cu uşağının 1 yaşı tamam olandan sonra o, mükafata sahib olacaq.

Qeyd edək ki, hələ 1994-cü ildə Rusiyada belə mükafat var idi. Həmin vaxt 400 min qadına “Qəhrəman ana” mükafatı verilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR