Zelenski Ərdoğandan nə xahiş edib? -

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfəri çərçivəsində həmkarı Volodimir Zelenski ilə görüşüb.

Metbuat.az CNN Türk-ə istinadən xəbər verir ki, Prezident Zelenskinin ondan Zaporojye məsələsində bir istəyi olduğunu deyib:

"Zaporojye mövzusu əslində təsadüfi bir mövzu deyil. Öncəliklə, Beynəlxalq Atom Enerjisi Agentliyi bu işi yaxından izləməli və görülməli olan işlərlə bağlı öhdəlik götürməlidir. Zelenski Zaporojyenin Rusiyanın yerləşdirdiyi minalardan təmizlənməsini məndən xahiş etdi. Bu, çox təhlükəli məsələdir. "Çernobılı yenidən yaşamaq istəmirik" deyəndə bunu nəzərdə tuturdum. Cənab Putinlə məsələni müzakirə edəcəyik. Rusiya dünya sülhü üçün bunu etməlidir. Ukraynanın Zaporojyedə həm öz texniki heyəti, həm də əsgərləri var. Onlar bu texniki heyət və əsgərlərlə ərazini mühafizə edirlər", - Ərdoğan bildirib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR