Baş nazir mərc oyunlarıyla bağlı qərar imzaladı

Azərbaycanda idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyədən vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödəniləcək.

İndiyədək bu vəsait Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə ödənilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR