Rusiya İrandan yüzlərlə dron aldı -

Vaşinqtonun Tehrana ünvanladığı çağırışlara baxmayaraq, İran Rusiyaya Ukraynada istifadə edə biləcəyi yüzlərlə pilotsuz uçuş aparat satıb.

Metbuat.az xəbər verir ki, bu barədə AR Qərb kəşfiyyatına istinadən məlumat yayıb.

Bildirilir ki, İrana qarşı sanksiyaların ləğvi Rusiyaya Ukraynadakı hərbi əməliyyatları gücləndirməyə, neft və digər məhsulların satışının qaçaqmalçılıq yolu ilə artmasına səbəb ola bilər. Bu isə Rusiyaya AB-nin tətbiq etdiyi məhdudiyyətlərdən yayınmağa şərait yarada bilər.

Qeyd edək ki, daha öncə də yayılan məlumatlarda İranın Rusiyanı "Şahid" PUA-ları ilə təmin etdiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR