Ukraynadan göndərilən ilk taxıl gəmisi Cibutiyə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bildirilir ki, Cibutiyə göndərilən taxıl qida problemlərinin olduğu Şərqi Afrika ölkələrinə göndəriləcək. Məlumata görə, son 50 ilin ən quraq dövrünü yaşayan Şərqi Afrika ölkələri qida problemi ilə üzləşib.

Qeyd edək ki, Türkiyə, Rusiya, Ukrayna və BMT arasında İstanbulda imzalanan razılaşmaya əsasən, Ukrayna limanlarındakı təqribən 25 milyon taxıl dünya bazarlarına daşınacaq.