Vaxtilə Türkiyədə böyük rəğbətlə izlənilən “Kiçik gəlin” serialının aktrisası Çağla Şimşək yeni görüntülərini paylaşıb.
Metbuat.az xəbər verir ki, 13 yaşında olarkən serialdakı rolunun öhdəsindən uğurla gələn “uşaq gəlin”, sosial mediadakı paylaşımları ilə gündəmdə qalır. Bildirilir ki, Çağla Şimşək hazırda “Tozlu kaya” serialında rol alır.
Qeyd edək ki, Çağla Şimşək “Kiçik gəlin” serialında Zəhra rolunu oynayıb. İndi 20 yaşlı aktrisa filmlərdə rol almaqla yanaşı sosial mediada maraqlı videolar paylaşmaqla diqqət mərkəzinə düşür.