Tanınmış aparıcının maşınına oğru girdi -

Tanınmış aparıcı Ulvira Qarayevanın maşınına oğru girib.

Metbuat.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

"Səhərüzü məhəllədə 3 maşının şüşəsini sındırıb, içinə giriblər. Mənim maşınından bir qab qəpik, bir böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar", - o yazıb.

Ulvira əlavə edib ki, hadisə yerinə polis çağırılıb: "Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdur, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar".

Aparıcı kosmetikasının oğurlandığından təəccübləndiyini yazəb: "Əsas məsələ - kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb gedəcəksən?"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR