Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şəhid hərbi qulluqçuların ailələrinə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"