Ötən ay Azərbaycanda 554 min barel xam neft hasil edilib

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 641 min barel olub.

Metbuat.az-a Energetika Nazirliyindən verilən məlumata görə, bunun 554 min barelini xam neft, 87 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 30-cu iclasında qəbul edilmiş qərar avqustda Azərbaycanda gündəlik xam neft hasilatının 717 min barelə çatdırılmasını nəzərdə tuturdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR