Xəbər verdiyimiz kimi, ötən ay Tayvana səfər etməklə ABŞ və Çin arasında gərginliyə yol açan Nümayəndələr Palatasının sədri Nensi Pelosi indi də Ermənistana səfər edəcək.

Politoloq Məhəmməd Əsədullazadə bu səfər ilə bağlı Metbuat.az-a açıqlama verib. Onun sözlərinə görə, ABŞ Nümayəndələr palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri Nikol Paşinyanı Rusiyanın təzyiqlərindən qorumaqdır.

ABŞ Çindən sonra Rusiyanı "qaşındırmağa" çalışır:

Məhəmməd Əsədullazadə

"Göründüyü kimi ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçi olaraq sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Hesab edirəm ki, Rusiya buna şərait yaratmayacaq. Ümumiyyətlə, Moskvanın təşəbbüsü ilə sülh müqaviləsinin bağlanması istisna deyil. Çünki, Rusiya Brüssel formatını da fiaskoya uğradıb. Təbii ki, Nikol Paşinyan siyasi iradəsizliyindən bu proseslər baş verir. Nikol Paşinyan Moskvadan uşaqlaşmayınca ölkəsində siyasi sabitlik mümkün olmayacaq".

ABŞ Çindən sonra Rusiyanı "qaşındırmağa" çalışır:

Xatırladaq ki, avqust ayının üçündə Çinin sərt etirazlarına baxmayaraq, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər etmişdi. Çinin bu səfərə etiraz olaraq Tayvana raket zərbələri endirə biləcəyi ilə bağlı iddialar da səslənirilsə də, xoşbəxtlikdən belə bir hal olmadı.

Sentyabrın 16-da BMT təhlükəsizlik Şurasının Ermənistan Azərbaycan sərhəddində baş verən hərbi vəziyyətlə əlaqədar fövqəladə toplantısında Azərbaycanın əleyhinə əlahiddə bir hər hansı qərar qəbul edilmədi. Məhəmməd Əsədullazadə deyir ki, bu Azərbaycanın diplomatik müstəvidə Ermənistan üzərində qələbəsidir.

"Demək olar ki, BMT səviyyəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edilir. Ermənistanın BMT Təhlükəsizlik şurasından və KTM-dən gözləntiləri reallaşmadı. Artıq Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilib. Əgər Nikol Paşinyan razılaşmalara əməl etməsə, hərbi toqquşmaların davam etməsi istisna deyil".

Məlumat üçün bildirək ki, Nümayəndələr Palatasının sədrinin səfər zamanı nümayəndə heyətinin Baş nazir Nikol Paşinyanla görüşü nəzərdə tutulub. Nəşr səfərin Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin artdığı vaxta təsadüf etməsinə diqqət çəkib.

Gülbəniz Hüseynli / Metbuat.az