Vandallıqla "aksiya" keçirən ermənilərə soydaşlarımızın cavabı -

Sərhddə baş verən son hadisələrdən sonra xaricdə yaşayan ermənilər ardıcılq olaraq ABŞ, Livan, Fransadakı səfirliklərimizə hücum ediblər.

Metbuat.az xəbər verir ki, öz vandallıqlarından əl çəkməyən ermənilər "etiraz aksiyası" keçirərək səfirliklərimizə hücum etməklə qalmayıblar, hətta dağıntılar törədiblər.

Niderlandın Haaqa şəhərində isə Azərbaycan icması Ermənistanın təxribatlarına etiraz əlaməti olaraq piket keçirib. Soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata, apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərində minaların basdırılmasına etiraz edib, itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıblar. Ermənilərdən fərqli olaraq vandallıqla yox, dinc şəkildə Niderland ictimaiyyətinin və siyasi dairələrinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR