"Ərazi bütövlüyümüzə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyik".
Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O xalqa müraciətində bildirib ki, Qərb Rusiyanın parçalanmasını istəyir: "Onların məqsədi bizi parçalamaq, məhv etməkdir".
Putin qeyd edib ki, müharibənin aparılmasında əsas məqsəd Donbasın azad edilməsidir: "Luqansk Xalq Respublikası tam azad olunub, Donetsk Xalq Respublikası isə qismən. Xüsusi əməliyyatın əsas məqsədi dəyişməz olaraq qalır. Məqsəd Donbasın azad olunmasıdır", - deyə o qeyd edib.