Şəfiqə Nağıyeva Elgizin verilişindən ayrıldı? -

Uzun müddətdir Elgiz Əkbərin verilişində ekspertlik edən vəkil Şəfiqə Nağıyeva Tarix Əliyevin (Tolik) proqramına çıxıb.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, “Elgizlə izlə”nin dəyişməz siması bu dəfə “Ümid ilə gəl”də yer alıb.

İzləyicilər Nağıyevanın artıq Elgizin formatı dəyişən layihəsində olmayacağını düşünüblər.

Qeyd edək ki, daha əvvəl OLAY-da yayımlanan xəbərə görə, Elgiz yenidən evlilik verilişi aparacaq. O, proqramı yenə Pərvanə Tahirqızı ilə təqdim edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR