Nazilə Səfərli “od püskürdü”:

Şair Nazilə Səfərli Bakıda yerləşən “Louvre Plaza” şadlıq sarayından şikayətçidir.

Metbuat.az xəbər verir ki, bu barədə o, instaqramda videopaylaşım edib.

“Zabratda "Louvre Palace" şadlıq evi var. Oktyabrın 4-də orada xına məclisi keçiriləcək. Xınası olacaq qızın anası vəfat edib. Atası isə qazidir. Atanın özəl arzusudur ki, mən onun balasının şad günündə iştirak edim. Mən də dedim ki, gəlib iştirak edəcəm. Bu gün səhər həmin qızın atası mənə zəng vurub deyir ki, “Nazilə xanım, “Louvre Palace” şadlıq evinin rəhbəri kənardan heç bir xına məclisinin restorana gəlməsinə icazə vermir. Mən yazıq, kasıb adamam, burada mənim sözüm keçmir”. Dedim, axı kiçik bir restoran belə monopoliya edə bilməz. Ataya dedim ki, axı sən bizim uğrumuzda sağlamlığını itirmisən. Bu ölkənin polisi və hüquq-mühafizə orqanları var”.

Məsələ ilə bağlı sözügedən şadlıq sarayından Qafqazinfoya bildiriblər ki, şairin dedikləri həqiqəti əks etdirmir: “Bizdə xına havayıdır, restoran tərəfindən hədiyyə olunur. Nazilə Səfərli isə həmin ailədən 500 manat istəyib. Ona görə də qızın atası pulsuz olanı seçib”.

Qazi isə bu mövzu ilə bağlı danışmaq istəyib: “İcazə vermirlərsə, dava edən deyiləm ki. Allah hamının canını sağ eləsin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR