Roma Katolik kiləsinin ruhani lideri Papa Fransisk Rusiyaya və Ukraynaya çağırış edib.

Metbuat.az xəbər verir ki, Roma Papası Rusiyanı şiddəti dayandırmağa çağırıb. Papa Fransisk Ukraynaya isə danışıqlara başlamaq barədə çağırış edib. O bildirib ki, tərəflər müharibəni dayandıraraq, sülh danışıqlarına başlamalıdır.

Ukraynada nüvə silahı barədə təhdidin gündəmə gəlməsindən narahatlıq ifadə edən Roma Papası, insanların belə təhdidlə qarşı-qarşıya qalmasını “axmaqlıq” adlandırıb.