Ukraynanın NATO-ya müraciət etməsinə Rusiyadan reaksiya

“Rusiya Ukraynanın NATO-ya üzv olmaq üçün müraciət etməsi prosesini yaxından izləyir”.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açlıqlama verib. O bildirib ki, Ukraynanın NATO barədə mövqeyi “xüsusi əməliyyat”ın başlamasının əsas səbəblərindən biri idi. Peskov ilhaq edilən Xerson və Zaporojye vilayətlərinin sərhədlərinin müəyyənləşdirilməsi barədə danışarkən isə qeyd edib ki, sərhədlər yerli xalq birgə müəyyən ediləcək.

Qeyd edək ki, Rusiya Ukraynanın ilhaq etdiyi əraziləri ilhaq edəndən sonra Prezident Vladimir Zelenski ölkənin NATO-ya üzv olması üçün rəsmən müraciət etdiklərini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR