Tezt-tez rast gəlinən xəstəliklər arasında diş xəstəlikləri ön sıralardadır. Müasir stomatologiyada dişlərin çəkilməsi yalnız istisna hallarda tətbiq edilir. Tibb inkişaf etdikcə ağız boşluğu, dişlərin strukturu, xəstəlikləri və müalicəsi ilə məşğul olan peşəkar həkimlərə ehtiyac duyulur. Bu sahədə Özbəkistanın peşəkarları sırasında həkim-stomatoloq Madina Suyunova da var.
Madina Suyunova 1993-cü ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, 2007-2010-cu illərdə Səmərqənd Tibb kollecini, 2010-2015-ci illərdə Daşkənd Dövlət İnstitutunun Buxara filialında bakalavr pilləsini, 2015-2017-ci illərdə Səmərqənd Dövlət İnstitutunda magistr pilləsini bitirib. 8 illik iş təcrübəsinə malik həkim-stomatoloq “Atavullayevlər” klinikasının təsisçisidir. 2015-ci ildən həkim-stomatoloq kimi fəaliyyət göstərən Madina xanımın klinikası, başqa ölkə və ya şəhər görmək arzusunda olan, diş sağlamlığının qeydinə qalmaq istəyən, həmçinin stomatoloji xidmətlərdən daha sərfəli şərtlərlə istifadə etmək istəyənlər üçün əla fürsətdir.
Özbəkistanlı stomatoloq Madina Suyunova 29-30 oktyabr 2022-ci il tarixlərində paytaxtımızda baş tutacaq "Health Awards" layihəsində nominant olaraq iştirak edəcək.
