Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Luqansk vilayətinin azad edilməsi üçün əməliyyatlara başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi nümayəndəliyindən açıqlama verilib. Bildirilib ki, Luqanskın bir neçə vilayəti işğaldan azad edilib. Ukrayna ordusu eyni zamanda Rusiyanın ilhaq etdiyi Xerson vilayətində də irəliləyir.
Qeyd edək ki, Luqansk, Xerson, Donetsk və Zaporojye vilayətlərində Rusiyaya birləşmək barədə referendum keçirilib. Prezident Vladimir Putin vilayətlərin Rusiyaya birləşməsi barədə fərman imzalayıb.