Avropa Siyasi Birliyi liderləri toplaşır -

Bu gün Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısı baş tutacaq.

Metbuat.az xəbər verir ki, iclasa Avropa İttifaqının 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub.

Onların arasında Azərbaycan da var. İclasda həmçinin Albaniya, Ermənistan, Türkiyə, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya da iştirak edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Türkiyə prezidenti Ərdoğanla görüşəcək. Görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparılacaq.

R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq. Görüşdə Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə olunacaq.

Toplantının açılış mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq, 18:00-da isə ikitərəfli görüşlərə start veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR