Rusiya Kiyevə və daha beş vilayətə bomba atdı:

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin daha beş vilayətində partlayışlar törədilib.

Metbuat.az "RBK Ukraine" nəşrinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Lvovda və bölgədə partlayışlar gurultulu olub. Şəhərin bəzi ərazilərində elektrik enerjisi kəsilib.

Kiyev Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibi Svetlana Vodolaga Suspіlnıya verdiyi şərhdə qurbanlar və yaralananlar barədə məlumat verib:

"Kiyevdə müxtəlif yerlərdə baş verən bir neçə zərbə nəticəsində yaralananlar və ölənlər var. Məlumat dəqiqləşdirilir", - məlumatda deyilir.

Şəhərdəki partlayışları mer Andrey Sadovoy da təsdiqləyib.

Xatırladaq ki, səhər saatlarından etibarən Rusiya qoşunları Ukraynaya irimiqyaslı raket zərbələri endirir. Xüsusilə, düşmən raketlərinin Kiyev, Dnepr, Ternopil, Xmelnitski və Jitomir vilayətlərinə daxil olması qeydə alınıb.



10:03

Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib.

Metbuat.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Merin bildirdiyinə görə, hadisə Kiyevin Şevçenkov rayonunda baş verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR