Azərbaycanda müəllim faciəvi şəkildə öldü,

Xəbər verdiyimiz kimi, Qubada ana və iki övladını maşın vurub. Nəticədə 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva vəfat edib.

Metbuat.az xəbər verir ki, xəsarət alan hər iki azyaşlı xəstəxanaya yerləşdirilib. Quba Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirildi ki, azyaşlılardan biri müalicə olunaraq evə buraxılsa da, digərinin vəziyyəti ağırdır:

"09.10.2022-ci il saat 17:00 radələrində tibb müəssisəsinə iki yeniyetmə (2008 və 2011-ci il təvəllüdlü) yerləşdirilib. 2011-ci il təvəllüdlü xəstə ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Müştərək travma, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, döş qəfəsinin küt travması, üzün çoxsaylı səthi yaraları diaqnozu ilə Reanimasiyaya yerləşdirilən digər pasiyentin müalicəsinə isə müəssisəsədə davam edilir. Hazırda onun vəziyyəti orta ağır olaraq qalır".

Qeyd edək ki, vəfat edən Günay Fərzəliyeva Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimidir.


10:51

Quba rayonunun Vəlvələ kəndində piyadanın ölümü ilə nəticələn qəza baş verib.

Metbuat.az xəbər verir ki, hadisə zamanı "Hyundai" markalı avtomobilin sürücüsü Quba rayon sakini Məmmədov Süleyman Firuddin oğlu piyada keçidindən yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.

Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Övladları Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR