Kiyev yanğın yerinə dönsə də, Zelenski geri addım atmadı -

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Kiyev və digər şəhərlərə hücumları ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Zelenski hücuma məruz qalan ərazilərə gedərək, təmir işləri ilə tanış olub. O bildirib ki, hazırda ölkə miqyasında təmir işləri davam edir. Zelenski Rusiyanın 84 raket atdığını və onlardan 43-nün zərərsizləşdirildiyini ifadə edib. Rusların göndərdiyi 24 İran PUA-nın isə 13-ü vurulub.

“Ukraynanı qorxutmaq və Ukraynanın qarşısını almaq mümkün deyil” - Zelenski deyib.

Qeyd edək ki, hücumlar nəticəsində ümumilikdə 20-ə qədər insan ölüb. 100-dən çox yaralı var. Tələfatın artacağı istisna edilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR