Əməkdar artistdən pis xəbər:

Əməkdar artist Dədə Süleyman (Süleyman Abdullayevin) səhhətində problemlər yaranıb.

Metbuat.az əbər verir ki, bu barədə sənətçinin övladı Aygün Abdullayeva "Günün sədası" verilişinə müsahibəsi zamanı 83 yaşlı atasının ayaq barmaqlarının amputasiya olunduğunu deyib:

"Atam ağır vəziyyətdədir, ağrıkəsicilərlə yaşayır. Qanqrenadan əziyyət çəkir. Vəziyyəti çox pisdir. Ürəyində və qaraciyərində ciddi problemlər var, böyrəklərindən biri işləmir. Müalicələri dayandırılıb. Həkimlər onun xəstəliyi qarşısında də aciz qalıblar. Ürəyinin 30%-i işləyir. Bir il əvvəl atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu ilin avqustunda digər barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR