Ağır atletika üzrə yığma komandamız Avropa birinciliyində iştirak edəcək

15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək.

Metbuat.az-a Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Onlar aşağıdakılardır:

U-20
Tehran Məmmədov (61 kq), Ravin Alməmmədov (67 kq), Ömər Cavadov və Murad Əliyev (hər ikisi - 73 kq), Tarmenxan Babayev (96 kq), Əli Şükürlü (109 kq), Rəhman Kazımov (109 kq).

U-23
İsa Rüstəmov (67 kq), Füqan Əliyev (81 kq).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR