"Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi," Azərsu" ASC birlikdə tədbirlər görür".

Metbuat.az xəbər verir ki, bu barədə "Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Qeyd edək ki, Kür-Bakı magistral su kəmərində qəza baş verib, nəticədə Bakı-Qazax avtomagistralını subasma halı baş verib.