Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası
(United Nations Human Rights Council)
https://www.ohchr.org/en/ohchr_homepage

Yaranma tarixi və missiyası

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası (UNHRC) Birləşmiş Millətlər Təşkilatının orqanıdır. Onun missiyası bütün dünyada insan hüquqlarını təşviq etmək və qorumaqdır. Şuranın Baş-qərargahı Birləşmiş Millətlər Təşkilatının İsveçrədəki Cenevrə bölməsində yerləşir.

Şura Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 15 mart 2006-cı ildə BMT-nin İnsan Hüquqları Komissiyasını (UNCHR) əvəz etmək üçün yaradılmışdır. O, İnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsi (OHCHR) ilə sıx əməkdaşlıq edir və Birləşmiş Millətlər Təşkilatının xüsusi prosedurlarını həyata keçirir. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərdə insan hüquqlarının pozulması ilə bağlı iddiaları araşdırır - birləşmək və toplaşmaq azadlığı, ifadə azadlığı, inanc və din azadlığı, qadın hüquqları, LGBT hüquqları, irqi və etnik azlıqların hüquqlarını monitorinq edir. Şura öz missiyası üzrə illik hesabatlar hazırlayır və yayır.

İnsan hüquqları üzrə milli İnstitutlar (ayrı-ayrı ölkələr üzrə təşkilatar – Ombudsmanlar) ilə BMT arasında əlaqələrin yaradılması, əlaqələndirmə işinin aparılması BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) tərəfindən həyata keçirilir. Milli insan hüquqları təsisatlarının bu beynəlxalq proseslərdə iştirakı öz növbəsində onların güclənməsinə, insan hüquqlarının daha səmərəli şəkildə müdafiəsinə xidmət edir. BMT İnsan Hüquqları Şurası bu prosesdə vasitəçi qurumlardan biri olaraq mühüm rola malikdir.

Strukturu

Şuranın regional qrup əsasında mərhələli şəkild seçilən və üç il səlahiyyət müddəti olan 47 nəfər üzvü vardır. Həmin 47 nəfər üzv Baş Assambleyanın üzvləri tərəfindən seçilirlər. Heç bir üzv ardıcıl olaraq iki müddətdən artıq yer tuta bilməz. Yerlər Birləşmiş Millətlər Təşkilatının regional qrupları arasında aşağıdakı kimi bölüşdürülür: Afrika üçün 13, Asiya üçün 13, Şərqi Avropa üçün 6 , Latın Amerikası və Karib hövzəsi üçün 8 (GRULAC), Qərbi Avropa və Digərləri (WEOG) üçün 7 nəfər.

İş mexanizmi

UNHRC ildə üç dəfə, mart, iyun və sentyabr aylarında müntəzəm sessiyalar keçirir. UNHRC istənilən vaxt üzv dövlətlərin üçdə birinin tələbi ilə insan hüquqlarının pozulması və fövqəladə halların həlli üçün xüsusi sessiyanın keçirilməsi barədə qərar qəbul edə bilər. 2020-ci ilin may ayına kimi 28 xüsusi sessiya olmuşdur.

Azərbaycanla əlaqələri

Azərbaycan Ombudsman İnstitutu BMT İnsan HüquqlarıŞurasıilə aktiv şəkildə əməkdaşlıq edir. İnsan hüquqlarının qorunması və təbliği sahəsində bilik və təcrübə mübadiləsi aparır.

Ombudsman institutu hökümətlər tərəfindən Şuraya təqdim olunan hesabatların hazırlanması işində iştirak etmək, bu hesabatlarla bağlı öz rəyini bildirmək, əlavə hesabatlar hazırlamaq və dövlətin insan hüquqları sahəsində iştirakçısı olduğu beynəlxalq müqavilələrin monitorinqini həyata keçirmək səlahiyyətlərinə malikdir. Azərbaycanİnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) BMT İnsan Hüquqları Şurasında A statusuna malikdir. O, insan hüquqları ilə bağlı tam, şəffaf və müstəqil şəkildə araşdırma aparmaq səlahiyyətinə malikdir.

Müvəkkil Azərbaycan Milli İnsan Hüquqları İnstitutunnun Şuradakı A statusunun imtiyazlarından səmərəli şəkildə istifadə edərək insan hüquqlarının qorunması və təbliği sahəsində həm beynəlxalq təcrübəni mənimsəmiş, həm də Azərbaycan Ombudsman təsisatının fəaliyyətindəki uğurlu nəticələr barəsində beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır. Eyni zamanda Müvəkkil, Azərbaycan gerçəklərini də beynəlxalq toplantılarda dilə gətirərək beynəlxalq ictimaiyyətin diqqətini ölkədəki vəziyyətə çəkə bilmişdir. Belə ki, həm BMT-nin nizamnamə qurumu olan İnsan Hüquqları Şurasında (İHŞ) həm də BƏK-in müxtəlif sessiyalarında iştirakı zamanı Müvəkkil insan hüquqlarının müxtəlif sahələrini əhatə edən Bəyanatlar vermişdir. Öz fəaliyyət dövründə Müvəkkil beynəlxalq qurumlara Xocalı soyqırımı, 31 mart Azərbaycanlıların soqırımı gününü, 20 yanvar hadisəsinə həsr olunmuş və insan hüquqlarının müxtəlif sahələri ilə bağlı 100-dən çox bəyanat ünvanlamışdır. Bunlardan bir qismi BMT-nin İnsan Hüquqları Şurasının müvafiq tematik sessialarına ünvanlanaraq qurumun rəsmi sənədlər sistemində qeydiyyatdan keçirilmiş və internet səhifəsində yerləşdirilmişdir.

Müvəkkilin İHŞ-yə təqdim etdiyi bəyanatlarda Azərbaycanın torpaqlarının iğal olunması, qaçqın və məcburi köçkünlərin vəziyyəti, cəbhə xəttində Ermənistan tərəfindən atəşkəsin mütəmadi şəkildə pozulması və bunun nəticəsində məsum insanların, hətda azyaşlı uşaqların həyatını itirmələri məsələlərini xüsusilə vurğulamışdır. Müvəkkil Ermənistan tərəfindən icra edilməyən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə xüsusi vurğu edərək beynəlxalq ictimaiyyətin diqqətini mütəmadi şəkildə bu problemə yönəltməyə çalışmışdır.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı