Moldovanın müdafiə naziri Anatoli Nosatıy Ukraynadakı müharibənin ölkə sərhədlərinə çatacağı təqdirdə səfərbərlik elan edəcəyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, o bildirib ki, Ukraynaya atılan bəzi raketlər Moldova hava məkanından keçib. “Hava məkanının bir daha pozulub-pozulmayacağını bilmirik” deyən nazir, NATO və Rumıniyadan təhlükəsizlik məsələsi ilə bağlı dəstək tələb etdiklərini ifadə edib.
“Ukraynadakı müharibə sərhədlərimizə çatarsa və Moldovaya köç başlayarsa səfərbərlik elan edə bilərik” -müdafiə naziri deyib.