Dərin ziddiyyətlərin aradan qaldırılmasında Bakının rolu -

"Son dövrlər Azərbaycan öz yerləşdiyi mühüm geostrateji bölgəyə görə regionun və dünyanın qlobal güclərini, böyük geosiyasi aktorlarının cəlb edir".

Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində politoloq İlyas Hüseynov deyib. Oktyabr ayının əvvəlində regional münasibətlərdə baş verən təmaslara nəzər salan analitikin fikrincə, Bakının böyük coğrafi arealda oynadığı mühüm rol diqqət çəkir.

Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündə uğurlu nəticələr  əldə olunub” - İlyas Hüseynov | 1news.az | Xəbərlər

İlyas Hüseynov

"Bildiyiniz kimi, İsrailin müdafiə naziri Azərbaycana səfəri zamanı təhlükəsizlik məsələləri ilə bağlı önəmli müzakirələr aparıldı. İsrailin müdafiə naziri Benyamin Qansı qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi apardı. Elə eyni gündə, yəni oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub. Tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Beləliklə eyni gündə bir-birilə kəskin konfrantasiyada olan geosiyasi mərkəzlər Azərbaycan ilə əlaqə quraraq regional prosesləri müzakirə etdilər. Biz İran-İsrail münasibətlərini çox yaxşı bilirik. Onların öz arasında olan ziddiyyətlərin kök salması da məlumdur. Eyni gündə rəsmi Bakı həm də Tehranla münasibətlər qurur. Bütün bunlar onu göstərir ki, Azərbaycan böyük ziddiyyətlər olan problemlərin həll olunmasında da vasitəçilik imkanlarını ortaya qoya bilər. Bu da ölkəmizin beynəlxalq nüfuzuna təsir edən amillərdən biridir".


Müzəffər Ali Baş Komandan İlham Əliyevin məhz sülhün qorunması, təhlükəsizliyin gücləndirilməsi ilə bağlı böyük təşəbbüslərlə çıxışına diqqət yönəldən İlyas Hüseynov qeyd etdi ki, Ermənistanla sülh müqaviləsinin imzalanması da Cənubi Qafqazda sülhün dayanıqlılığının artırılmasına hesablanıb.


"Oktyabrın 4-də dost və qardaş Türkiyənin hərbçilərdən ibarət geniştərkibli heyət Bakının qonağı oldu. Türkiyənin milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan müşayiət edib. Bununla yanaşı, eyni gündə Yaxın Şərqin digər mühüm geosiyasi mərkəzi ər-Riyaddan Bakıya emissarlar təşrif buyurdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə qəbul etdi. Yaxın Şərq coğrafiyasında önəmli mövqeylərdən birinə sahib olan Səudiyyə Ərəbistanın xarici işlər nazirinin Azərbaycana gəlməsi də ölkəmizə verilən dəyərin göstəricisidir. Qeyd edək ki, işğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, Azərbaycanım haqlı işində davamlı dəstək verirdi. Bunun bariz nümunəsi kimi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması xüsusilə qeyd olunmalıdır. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və bu göstəricinin özü də Bakı ilə ər-Riyadın yaxınlaşmasına mühüm töhfə verir.

İlham Əliyev Səudiyyə Ərəbistanının xarici işlər nazirini qəbul edib -
Politoloq qeyd etdi ki, Bakı platforması bir çox formatlarda danışıqlar aparmaq üçün çox əlverişlidir, çünki Azərbaycanın geniş geosiyasi imkanları ərazi və əhali baxımından kiçik bir ölkənin müxtəlif coğrafiyanı əhatə edən platformalarda fəal olmasına şərait yaradır.

"Cəmi 2 gün ərzində Tel-Əviv, Tehran, Ankara və Ər-Riyad kimi Yaxın Şərqdə əsas və həlledici aktorlarların Bakı ilə təmaslar qurması Azərbaycanın önəmindən xəbər verməklə yanaşı, Bakının danışıqlar üçün münasib platforma kimi qiymətləndirilməsini şərtəndirir. Ümumiyyətlə Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra Azərbaycana maraq xeyli çoxalıb",- deyə İlyas Hüseynov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR