Rişi Sunak Böyük Britaniyanın yeni baş naziri ola bilər

Böyük Britaniyada Baş nazir postuna ən iddialı namizəd Rişi Sunakdır.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilir ki, Sunak Mühafizəkarlar partiyasında artıq indidən 100-dən çox millət vəkilinin dəstəyini alıb.

Qeyd edək ki, Liz Tras maliyyə məsələləri ilə bağlı problemlərin öhdəsindən gələ bilmədiyi üçün istefa verib. Keçmiş baş nazir Boris Consonun iddiasını geri çəkməsindən sonra ən iddialı namizəd Rişi Sunak qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR