Dəhşətli nüvə proqnozu -

İqtisadi böhranların tarixini düzgün təxmin etməklə gündəmə gələn Nouriel Roubini yeni proqnozu ilə təəccübləndirib.

Metbuat.az xəbər verir ki, “Böhran kahini” ləqəbi ilə tanınan şəxs hazırda Nyu-Yorkda yaşasa da, bu şəhərdə uzun müddət qalmayacağını ifadə edib. Kahin iddia edib ki, Nyu-York Rusiya tərəfindən nüvə hücumuna məruz qala bilər. Onun iddiasına görə, Putinin ilk hədəfi Nyu-York ola bilər. O Rusiyanın yaxın 1 il ərzində nüvə silahından istifadə edə biləcəyini irəli sürüb.

Kahin iddia edib ki, Nyu-Yorka nüvə hücumu olmasa belə ştatda baş verəcək qasırğa şəhəri tamamilə xarabalığa çevirəcək.

Qeyd edək ki, Nouriel Roubini 2008-ci ildə Türkiyədə baş verən iqtisadi böhran barədə əvvəlcədən düz proqnoz verməklə tanınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR