Qeyri-rezidentin ölkə kənarında vergi öhdəliyi necə tənzimlənir?

Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda göstəriləcək otel xidmətlərinə görə ona ödənilən məbləğlər Azərbaycan mənbəyindən gəlir hesab olunmadığından ödəmə mənbəyində vergiyə və ƏDV-yə cəlb edilmir.

Metbuat.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, eyni zamanda, bu halda vergiödəyicisi tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunmur.

Belə ki, Vergi Məcəlləsinə əsasən qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR