Putin Ərdoğandan danışdı:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan güclü lider və ölkəsinin maraqlarını rəhbər tutan etibarlı tərəfdaşdır".

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

"O, ilk növbədə və ya bəlkə də müstəsna olaraq Türkiyənin, türk xalqının maraqlarını və Türkiyə iqtisadiyyatının maraqlarını rəhbər tutan güclü, möhkəm liderdir. Bu, onun enerji məsələlərində, "Türk axını"nın tikintisi ilə bağlı mövqeyini böyük ölçüdə izah edir" -deyə, Putin həmkarından danışıb.

Putin qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan ilk növbədə öz maraqlarını qoruyur:

"Bu mənada ümumilikdə Türkiyə və xüsusilə də prezident Ərdoğan asan tərəfdaş deyil. Bir çox qərarlar uzun və çətin mübahisələrdə, danışıqlarda doğulur, lakin hər iki tərəfdə bu razılaşmalara nail olmaq arzusu var. Biz isə, bir qayda olaraq, bu razılaşmalara nail oluruq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR