"Azərkosmos"un sentyabrda ixrac gəlirləri artıb

2022-ci ilin sentyabr ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dünyanın 35 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"nın oktyabr sayında bildirilir.

Ötən ilin eyni dövrünə nisbətən bu müvafiq olaraq 9 ölkə az 0,6 milyon ABŞ dolları və ya 33,33 % çoxdur.

2022-ci ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 38 ölkəsinə 19,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Hesabata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyon ABŞ dolları yaxud 40,25 % azdır.

Bu ilin 9 ayında “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 %-ni təşkil edib ki, bu da illik müqayisədə 9 faiz bəndi azdır.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,9 milyon ABŞ dolları ilə Fransa, 3,3 milyon ABŞ dolları ilə Lüksemburq, 1,8 milyon ABŞ dolları ilə BƏƏ və 1,1 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR