Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “SOFEX-2022” sərgisində iştirak edir -

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti oktyabrın 31-dən Aqaba şəhərində keçirilən “SOFEX-2022”Xüsusi Əməliyyat Qüvvələri Sərgi və Konfransında iştirak etmək üçün İordaniya Haşimilər Krallığında səfərdədir.

Metbuat.az-a Nazirlikdən verilən məlumata görə, Kral II Abdullah İbn Əl-Hüseynin himayəsi və İordaniya Dizayn və İnkişaf Bürosunun dəstəyi ilə iki ildən bir keçirlən “SOFEX-2022”sərgisində dünyanın 38 ölkəsindən 300-dən çox iştirakçı, 70-dən çox rəsmi nümayəndə heyəti, 400-dən çox hərbi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Sərginin açılış mərasimində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn iştirak edib

“SOFEX-2022” 13-cü Xüsusi Əməliyyat Qüvvələri Sərgisi öz işini noyabrın 3-dək davam etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR