Rusiya vətəndaşlığından çıxdı, Putinə müharibə elan etdi -

Rusiyalı milyarder Oleq Tinkov Ukrayna müharibəsinə görə, Rusiya vətəndaşlığından imtina edib.

Metbuat.az xəbər verir ki, bu barədə o özü sosial media hesabında açıqlama verib. Milyarder Rusiyanın Ukraynaya müdaxilə etməsinə qarşı çıxıb:

“Rusiya vətəndaşlığından çıxmaq qərarı aldım. Dinc qonşuları ilə müharibə başladan və hər gün məsum insanları öldürən faşist ölkəylə əlaqələndirilmək istəmirəm.Ümid edirəm ki, digər iş adamları da mənim kimi davranış sərgiləyər. Bu da Putin rejimini zəiflədər və iqtisadiyyatı zəiflədər və onu məğlubiyyətə uğradar. Putinin Rusiyasından nifrət edirəm. Amma müharibəyə qarşı çıxan rusları sevirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR