Paşinyanın söykəndiyi yeni dayaq -

Soçi görüşündən sonra Rəisinin dəvəti ilə İrana qaçaqaç səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan "qapı-qapı" gəzdikdən sonra özünə yeni dayaq tapıb.

Metbuat.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, bu, İran və Ermənistanın yeni mərhələyə başlaması deməkdir. Dünənki səfərə isə Azərbaycan DTX əməliyyatları ilə cavab verdi. Bu da kəşfiyyat məlumatlarının ciddi səviyyəyə qədəm qoyması deməkdir:

"Bu, iki dövlət arasında yeni mərhələnin başlanmasıdır. İranın mühafizəkarlar qanadının hakimiyyət təmsilçiləri Azərbaycana qarşı xüsusi aqressiyaları ilə seçilməkdədir. Ola bilər Rəisinin rəhbərlik etdiyi hökumət kabinəsi və elita hətta dini hakimiyyətə gələ bilsin. Bu mənada Azərbaycanla münasibətlərin bu demarş hərbi əzələ nümayişindən hətta diplomatik sferalara qədər sıçraması gözlənilə biləndir. Bütün bunlar son gərginliklər fonunda yaşanmaqdadır. Azərbaycan dərhal da Paşinyanın Rəisi tərəfindən isti qucaqlaşaraq qəbul edilməsi prosesinə DTX əməliyyatları ilə cavab verdi. Bu göstərdi ki, artıq kəşfiyyat məlumatları, kəşfiyyat savaşları çox ciddi səviyyəyə qədəm qoydu".

Ended conflict and endless intervention - Why does Lavrov raise the status  issue?

Əziz Əlibəyli

Anti-Azərbaycan mövqeyində olan İranla Ermənistan arasında gələcək üçün münasibətlər qurulur. Hətta ticarət dövriyyəsi üç milyard dollara qaldırılır:

"İran yenə qırmızı xətt məsələsini qeyd etməyə davam edir. Bununla yanaşı, iki ölkə arasında gələcəyə yönəlik çox ciddi münasibətlərin qurulması ilə bağlı mesajlar verilir. Ticarət dövriyyəsinin üç milyard dollar səviyyəsinə qaldırılması düşünülür. İrəvan və Tehran arasında əməkdaşlıq haqqında sazişin imzalanması Paşinyan üçün yeni bir söykənəcək dayaq deməkdir. Çox radikal, anti-Azərbaycan mövqeyində olan İran da görünür, gələcəyə yönəlik birgə planları ilə bir- birinin vasitəsini reallaşdırmaq üçün əməkdaşlığın əsasını qoyacaqlar", - deyə siyasi şərhçi qeyd edib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR