​Azərbaycan və Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində anlaşma sənədi imzalandı

Azərbaycanla Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlıq protokolunun fəaliyyət planı imzalanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık tviterdə məlumat verib.

O, qeyd edib ki, imzalanan fəaliyyət planı ilə ailə yönümlü xidmətlər, ailə təhsili, ailə məsləhət xidmətləri və psixososial dəstək sahələrində bilik və təcrübələr bölüşüləcək:

"Beləliklə, ölkələrimizin sosial və mədəni inkişafına töhfə vermək istəyirik. Fəaliyyət planı çərçivəsində Türkiyə dövlətlərində ailə dəyərlərinin təbliği, dəstəklənməsi və möhkəmləndirilməsi məqsədilə “Türk Dünyası Ailə Festivalı” təşkil etməyi planlaşdırırıq. Biz bundan sonra da hər sahədə olduğu kimi qadınlar, ailələr və uşaqlarla bağlı Azərbaycanla çiyin-çiyinə çalışacağıq", - məlumatda qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR